525.Az

İran və Ermənistan anlaşma memorandumu imzalayıb


 

İran və Ermənistan anlaşma memorandumu imzalayıb<b style="color:red"></b> İran və Ermənistanın regionları iqtisadi əməkdaşlıq sahəsində dörd anlaşma memorandumu imzalayıb.
 
Trend-in məlumatına görə, bu barədə cümə günü Fars agentliyi xəbər verib.

Memorandumlar Ermənistanın Cyunik vilayətinin qubernatoru Surem Xaçaturyan və Ermənistanın nümayəndə heyətinin üzvləri ilə İranın Şərqi Azərbaycan vilayətinin məmurları arasında imzalanıb.
Sazişlər əsasında hər iki region heyvandarlıq, baytarlıq sahəsində qarşılıqlı fəaliyyəti artıracaq və birgə aqrar sənaye şirkətləri yaradacaqlar. Sazişlərə uyğun olaraq, İran Ermənistana kombaynlar, traktorlar və gübrə satacaq.

Xaçaturyan habelə "Araz" Azad Ticarət Sənaye Zonası təşkilatının rəhbəri Sadiq Nəcəfli ilə də görüşüb. Tərəflər İran və Ermənistan sərhədində birgə iqtisadi zonanın yaradılması haqqında razılığa gəliblər.
 





18.01.2013    çap et  çap et