525.Az

Bakıda güllələnən əsgərin həyatı xilas olundu


 

Bakıda güllələnən əsgərin həyatı xilas olundu<b style="color:red"></b>

Ötən gün Bakıda güllələnən əsgər 18 yaşlı Sübhan Mahmudlunun vəziyyəti stabildir.

Bu barədə əsgərin müalicə aldığı 3 saylı Sabunçu Xəstəxanasından ANS PRESS-ə bildirilib. Əsgər dünən əməliyyat olunub və bədənindəki güllə çıxarılıb.

“Onun əməliyyat olunması üçün qan çıtışmırdı. Sonradan KİV-də və sosial şəbəkələrdə yayılmış xəbərlər. Xəbərlərdən sonra xəstəxanaya qan vermək üçün çoxl insanalr gəlmişdi. Əsgərə qan verildi və onun həyatı xilas olundu. Buna göə, hər kəsə minnətdarıq”, - deyə Sübhan Mahmudluya xidmət edən ttibb bacısı bildirib.

Xatırladaq ki, dünən Şüvəlan qəsəbəsi ərazisində N saylı hərbi hissədə xidmət çəkən 18 yaşlı Sübhan Mahmudlu güllələnmişdi. Yaralı dərhal 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilmişdi. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir

 





18.01.2013    çap et  çap et