525.Az

“Azərbaycan da Gürcüstanın ərazi bütövlüyü məsələsinə qeyri-müəyyən yanaşmalıdır”


 

“Azərbaycan da Gürcüstanın ərazi bütövlüyü məsələsinə qeyri-müəyyən yanaşmalıdır”<b style="color:red"></b>

“Rəsmi Tiflis tərəfindən verilən son açıqlamalar Azərbaycana yönəlik ənənəvi xarici siyasət kursundan imtina kimi qiymətləndirilməli, buna qarşı adekvat addımlar atılmalıdır”

 “Gürcüstanın baş naziri Bidzini İvanişvilinin Ermənistan rəsmiləri ilə görüşdə Azərbaycanın ərazi bütövlüyü məsələsini vurğulamadan problemin dinc yolla həllini dilə gətirməsi, eləcə də bu ölkənin Xarici İşlər Nazirinin ötən həftə Litvada verdiyi açıqlamada “məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyi” ifadəsini işlətmədiyini bildirməsi Azərbaycanın xarici siyasətində bəzi məqamların korrektə edilməsi zərurəti yaradır”. Bunu APA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa deyib.
 
F. Mustafanın fikrincə, bu cür açıqlamalar rəsmi Gürcüstanın Azərbaycanın ərazi bütövlüyü sözünü dilə gətirməklə erməniləri qıcıqlandırmaqdan çəkinməyə üstünlük verdiyini göstərir: “Azərbaycan tərəfi də Abxaziya və Cənubi Osetiya münaqişəsinin Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həlli barədə indiyədək səsləndirdiyi rəsmi mövqedən imtina edərək, Rusiyanı qıcıqlandırma siyasətindən əl çəkməlidir. Fikrimizcə, bütün platformalarda Gürcüstanın ərazi bütövlüyü məsələsinə qeyri-müəyyən yanaşma ortaya qoyulmalıdır. Rəsmi Tiflis tərəfindən verilən son açıqlamalar Azərbaycana yönəlik ənənəvi xarici siyasət kursundan imtina kimi qiymətləndirilməli, buna qarşı tərəfimizdən adekvat addımlar atılmalıdır”.

 





18.01.2013    çap et  çap et