525.Az

Saakaşvili Putinin yolu ilə getməyəcək


 

Saakaşvili Putinin yolu ilə getməyəcək

Gürcüstanın yeni prezidenti və hazırki baş naziri olacaq.

ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Gürcüstanın ABŞ-dakı səfiri Temur Yakobaşvili “Amerika-Gürcüstan” forumunda çıxış edib. Diplomat bəyan edib ki, ölkə prezidentinin baş nazir postuna keçməsi olmayacaq: “Bizim baş nazirimiz var və əgər seçkilərdə iqtidar partiyası qalib gəlsə, o, növbəti 4 ildə də öz postunda qalacaq. Odur ki, Gürcüstanın daha qüdrətli baş naziri olacaq”.

Səfir həmçinin əlavə edib ki, qarşıdan gələn parlament seçkiləri ölkənin inkişaf yolunda ən mühüm mərhələlərdən biri olacaq. “Bu adi seçkilər deyil”, - deyə Yakobaşvili bildirib

 





20.09.2012    çap et  çap et