525.Az

Yağmursuz hava şəraiti davam edəcək


 

Yağmursuz hava şəraiti davam edəcək<b style="color:red"></b>

Sabah Bakıda havanın temperaturu 12-dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 2-4, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyək isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

 





18.01.2013    çap et  çap et