525.Az

"Tolerantlıq nümunəsi Azərbaycan" layihəsi davam edir


 

"Tolerantlıq nümunəsi Azərbaycan" layihəsi davam edir<b style="color:red"></b>

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti və Binəqədi Rayon İcra Hakimiyyəti rayon ərazisindəki təhsil müəssisələrində "Tolerantlıq nümunəsi Azərbaycan" mövzusunda birgə layihə həyata keçirir.
 

Layihə çərçivəsində Binəqədi rayonun 115 saylı orta məktəbində rayonun 32 ümumtəhsil müəssisənin 200-dək tarix müəllimləri iştirak edir.

Dekabrın 7-dən start götürən layihə müddətində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov "Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasəti kimi", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə "Müasir dövrdə Azərbaycan Respublikasının dövlət-din münasibətləri" mövzularında mühazirə oxuyub.

Dekabrın 9-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin(BBMM) Analitika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə "Multikulturalizm Mərkəzinin Azərbaycan multikulturalizm modelinin təbliği və təşviqi istiqamətində fəaliyyəti" mövzusunda növbəti mühazirə oxuyub. Nəriman Qasımzadə ötən ilin may ayının 15-də Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Mərkəzin ötən müddət ərzində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
 
Bildirilib ki, tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək Multikulturalizm Mərkəzinin fəaliyyətinin əsas hissəsini təşkil edir.

Natiq ölkəmizdə multikulturalizmin çağdaş tarixi-siyasi reallıqları barədə danışıb, bunun bir fenomen olaraq müasir cəmiyyətlərin ideya-siyasi, sosial- mədəni və digər aspektlərdə tərəqqisini təmin edən aktual sahə olduğunu bildirib.

Qeyd edilib ki, multikulturalizmi başlıca siyasi prioritetlərindən birinə çevirən Azərbaycan dövləti ölkəmizdə tarixən gəlişmiş çoxmədəniyyətlilik situasiyasının dayanıqlığını təmin etməklə yanaşı, bunun dünya siyasətinə dəyərli bir töhfə olaraq təqdim edilməsi isitiqamətində xeyli əhəmiyyətli təşəbbüslər irəli sürür.

Mühazirənin sonunda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

 





10.12.2015    çap et  çap et