525.Az

İçərişəhərdə qəzalı binanın sakinləri köçürüləcəklər


 

İçərişəhərdə qəzalı binanın sakinləri köçürüləcəklər<b style="color:red"></b> İçərişəhərdə qəzalı vəziyyətdə olan binanın sakinləri müvəqqəti köçürüləcəklər.
 
Bu barədə cümə günü Trend-ə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib.

Qeyd edək ki, Böyük Qala küçəsi, 5 ünvanında yaranmış qəzalı vəziyyəti aradan qaldırmaq məqsədilə məhkəməyə müraciət olunub.

"İş üzrə yekun qərar qəbul edilənədək üçmərtəbəli binada yaşayış qadağan edilib. 2013-cü ildə sakinlər köçürülməklə, bu binada da təmir-bərpa işlərinə başlanılması nəzərdə tutulur", - İdarədən bildirilib.

Qeyd edilib ki, Qoruq ərazisində qəzalı vəziyyətdə olan binalarla bağlı məsələlər həll olunmağa başlanıb.

"Belə ki, Mirzə Şəfı küçəsi, 6 ünvanında yerləşən üçmərtəbəli yaşayış binası məhkəmə qərarı ilə qəzalı elan edilib, sakinlərə müvəqqəti yaşayış sahəsinin kirayələnməsi üçün kompensasiya ödənilib, layihə-smeta sənədləri sifariş olunub", - İdarədən bildirilib.
 





18.01.2013    çap et  çap et