525.Az

"Uorlik səhv edib"


 

"Uorlik səhv edib"<b style="color:red"></b> “ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik qondarma “Dağlıq Qarabağ Respublikası”nın qondarma “xarici işlər naziri” ilə başqa yerdə də görüşə bilərdi. Ancaq hər dəfə onlara viza verirlər, ABŞ-da marafon təşkil edirlər. Bu da Azərbaycanda ABŞ-a qarşı müəyyən mövqe formalaşdırır”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
 
O bildirib ki, ABŞ, Qərb nümayəndələri münaqişənin həlli ilə bağlı beynəlxalq hüququ qabartmırlar:

“Əlbəttə, Ceyms Uorlik düzgün etməyib. Biz dünyada gedən proseslərin mahiyyətini bilirik və getdiyimiz yol uğurlu yoldur. Ermənistan isə daim uduza-uduza gedir, onun söykəndiyi divarlar da uzun müddət davam gətirməyəcək”.
 





12.12.2015    çap et  çap et