525.Az

Novruz Məmmədov: "Azərbaycan belə getsə, İsveçrəni ötəcək"


 

Novruz Məmmədov: "Azərbaycan belə getsə, İsveçrəni ötəcək"<b style="color:red"></b> “Görün, müsəlman dövlətlərinin başına hansı hadisələr gəlir?.. Ona görə də 2015-ci ili Dağlıq Qarabağ münaqişəsi üçün itirilmiş saymaq olmaz”.
 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O bildirib ki, Ermənistan çökməkdədir və arxalandığı divarlar da çürüyə-çürüyə gedir:
 
“Ermənistan Dağlıq Qarabağı öz gücünə saxlamır ki. İmkan olsa, 3 aya bu məsələyə nöqtə qoymaq olar”.
 
N. Məmmədov qeyd edib ki, Azərbaycanın yerləşdiyi bölgə Balkanlardan sonra ən həssas regiondur:

“Gələcəkdə də ən həssas regionlardan biri Orta Asiya olacaq. Azərbaycanın maraqlarını qorumaq qeyri-adi bacarıq və qüdrətə malik olan siyasi xadimin işidir. Bunu Heydər Əliyev bacarıb və bu siyasət prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanı bir çox dövlətlərin başçılarının qısqandığını eşitmişəm.

Hətta İsveçrə nümayəndələrindən eşitmişəm ki, Azərbaycan belə getsə, İsveçrəni ötəcək. Qarabağ da bizimdir və bizim olacaq”.
 





12.12.2015    çap et  çap et