525.Az

İlham Əliyev bp ilə bağlı daha bir açıqlama verdi


 

İlham Əliyev bp ilə bağlı daha bir açıqlama verdi<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev ötən il Nazirlər Kabinetinin 9 aylıq yekunlarına həsr olunmuş toplantısında bp-nin ünvanına səsləndirdiyi ittihamlara yenidən qayıdıb.

525.az-ın məlumatına görə, prezident rəsmi tvitter və facebook hesabında bp ilə SOCAR arasında qarşılıqlı anlaşmanın bərpa edildiyini bildirib: “Mən çox şadam ki, bir qədər əvvəl Nazirlər Kabinetinin toplantısında neftin hasilatı ilə bağlı dediyim narahatedici sözlər bizim tərəfdaşlar tərəfindən düzgün anlaşıldı və görülən tədbirlər nəticəsində deyə bilərəm ki, 2013-cü ildə neftin hasilatı sabitləşəcəkdir. Bp şirkəti ilə aparılan danışıqlar nəticəsində biz buna nail olduq. Mən çox şadam ki, bp ilə SOCAR arasındakı qarşılıqlı anlaşma bərpa edildi və uzun tarixə malik olan bu əlaqələr bu gün yeni mərhələyə çıxır”.

 





18.01.2013    çap et  çap et