525.Az

Baş katib: «Azərbaycanla bağlı müzakirələr ən mühüm mövzularındadır»


 

Baş katib: «Azərbaycanla bağlı müzakirələr ən mühüm mövzularındadır»<b style="color:red"></b>

“Azərbaycanla bağlı eyni gündə ardıcıllıqla iki hesabat müzakirəyə salınıb, bu müzakirələrdə iştirak və çıxış etmək üçün artıq 60-dan çox deputat qeydiyyata düşüb”.

APA-nın məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) baş katibi Voyçex Savitski (Wojciech Sawicki) bu gün qurumda akkreditasiya olunmuş jurnalistlərlə görüşündə deyib.
 
Baş katib qurumun gələn həftə keçiriləcək qış sessiyasının gündəliyini açıqlayıb, sessiya zamanı müzakirə ediləcək əsas maraqlı mövzular haqqında məlumat verib.
 
O, Azərbaycanla bağlı müzakirələrin qurumun bu sessiyasının gündəliyinin ən mühüm mövzularından olduğunu bildirib. “Assambleyanın üçüncü iş gününün günortadan sonrakı plenar iclası demək olar ki, bütünlüklə Azərbaycana həsr ediləcək. İlk olaraq Monitorinq Komitəsi adından həmməruzəçilər Pedro Aqramunt və Jozef Debona Qrexin hazırladıqları “Azərbaycanın öhdəliklərini yerinə yetirməsi”, daha sonra isə Kristof Ştrasserin “Azərbaycanda siyasi məhbuslar məsələnin öyrənilməsi” adlı hesabatları dinləniləcək. Hər iki hesabat üzrə müzakirələr birgə aparılacaq. Artıq 60-dan çox parlamentar bu mövzular ətrafında müzakirələrdə çıxış etməyə yazılıb”.
 
Bundan əlavə, AŞPA-nın baş katibi Assambleyanın son vaxtlar parlamentarların nizam-intizam qaydalarına riayət etmələri məsələsinə də xüsusi diqqət ayırdığını vurğulayıb.
 
O bununla bağlı qurumun nizam-intizam qaydalarına yeni müddəaların əlavə olunduğunu bildirib: “Bütün parlamentarlar xüsusi “Bəyannamə” imzalamaqla, Assambleyanın bütün qayda-qanunlarına, dəyərlərinə hörmətlə yanaşmağı üzərilərinə öhdəlik kimi götürmüş olacaqlar. Bu cür bəyannamənin imzalanması proseduru seçkiləri izləyən müşahidəçi missiyalarındakı deputatlara da aiddir. Seçkiləri izləyən parlamentarların heç bir şəxsi maddi və kommersiya maraqları olmamalıdır. Onlar yalnız Assambleyanın işini Avropa Şurasının dəyərlərinə və prinsiplərinə uyğun şəkildə icra etməlidirlər. Müşahidə missiyalarının üzvləri bəyannamədə son bir ildə aldıqları hər hansı hədiyyəni elan etməlidirlər. Hansısa deputatın uyğun olmayan hədiyyə qəbul etməsi və ya hər hansı maddi marağının olması aşkar edilərsə, onun səlahiyyətlərinin dayandırılması, hətta AŞPA-dan xaric edilməsi kimi cəzalar tətbiq oluna bilər. Biz bu məsələyə ciddi diqqət ayırmaq fikrindəyik”.

 





18.01.2013    çap et  çap et