525.Az

Bahar Muradova: “Almaniyanın çoxillik təcrübəsi bizim üçün çox əhəmiyyətlidir”


 

Bahar Muradova: “Almaniyanın çoxillik təcrübəsi bizim üçün çox əhəmiyyətlidir”

Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova  ölkəmizdə  səfərdə olan Almaniya Bundestaqının  deputatı Viola von  Kramon-Taubadelin başçılıq  etdiyi  nümayəndə  heyəti ilə görüşüb.

Bahar Muradova Azərbaycanla Almaniya arasında əlaqələrin qədim tarixi köklərinin olduğunu, bu gün isə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd edib bildirib ki, tarixin müxtəlif vaxtlarında xalqlarımızı birləşdirən ümumi dəyərlər çox olub bu dəyərlərin qorunması, möhkəmlənməsi sevindirici haldır. Bahar Muradova daha sonra Almaniyanın inkişaf etmiş, Azərbaycanın isə inkişaf etməkdə olan ölkə olduğunu diqqətə çatdırıb:

 

Respublikamızın dinamik inkişafı, qısa müddətdə əldə olunan uğurlar  tezliklə bizim inkişaf etmiş dövlətlər sırasına qoşulacağımızı söyləməyə əsas verir. Bu gün Azərbaycanın  qarşısında  duran  ən böyük hədəf  məhz budur.  Bu  inkişaf  prosesində  bizim əsaslandığımız  dəyərlər  demokratiya, insan haqları, tolerantlıq, söz vicdan azadlığı ənənələrinin möhkəmlənməsidir”.

 

Vitse-spiker eyni zamanda bildirib ki, ölkəmiz  daha çox  öz  sərvətlərini  insan  potensialını  reallaşdırmaq  üçün sərf  edir: “Bu istiqamətdə  dost  ölkələrin, o cümlədən Almaniyanın  çoxillik təcrübəsi bizim üçün çox əhəmiyyətlidir”.

 

Bahar Muradova parlament  nümayəndə heyətlərimizin beynəlxalq təşkilatlarda, həmçinin ATƏT PA-da uğurlu əməkdaşlığından söz açdı,  bir  çox məqamlarda  mövqelərimizin üst-üstə  düşdüyünü vurğulayıb. O, Almaniyanın  İPSBeynəlxal Parlament Təqaüdü Proqramı çərçivəsində azərbaycanlı gənclərə xüsusi yer ayırdığına görə minnətdarlığını bildirib, bu  proqramın  əlaqələrimizin güclənməsində önəmli rolu olduğundan danışıb. Vitse-spiker qonağa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyət barədə ətraflı məlumat verərək bildirib ki, Ermənistanın 20 faiz torpaqlarımızı işğal altında saxlaması, 1 milyon soydaşımızın yurd-yuvasından digərgin düşməsi, qaçqın həyatı yaşaması bölgənin  inkişafına təhlükəsizliyinə böyük maneə törədir.

 

Səmimi görüş ətraflı məlumat  üçün təşəkkürünü  bildirən Viola von  Kramon-Taubadel  Azərbaycanla  Almaniya  arasındakı  münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirib   qeyd  edib ki, bu əlaqələrin  daha geniş inkişafı  üçün hər cür imkan var. Azərbaycanın öz  təbii sərvətlərini insan  kapitalına yönəltməsini alqışlayan xanım Kramon-Taubadel  bu istiqamətdə  qarşıya qoyulacaq  məqsədlərin uğurla reallaşacağına əminliyini ifadə edib. Almaniyalı deputat  İPSBeynəlxal Parlament  Təqaüdü  Proqramı çərçivəsində  təhsil  alan  həmyerlilərimizə  hər  cür  dəstək verməyə  hazır olduqlarını  vurğulayıb.

 

 Azərbaycanın sürətli inkişafından söz  açan qonaq  bu günlərdə  Bakıda start götürəcək yeniyetmə qızlar arasında futbol üzrə dünya  çempionatının bu inkişafın göstəricisi olduğunu da bildirib. Söhbətdə həmçinin, Dağlıq Qarabağ  münaqişəsindən danışan qonaq problemin ədalətli həllinə  tərəfdar olduğunu ifadə edib.

 

Kamil HƏMZƏOĞLU

 

 





20.09.2012    çap et  çap et