525.Az

Binə Ticarət Mərkəzində aksiya keçirilib (Yenilənib-2, FOTOLAR)


 

Binə Ticarət Mərkəzində aksiya keçirilib <b style="color:red"> (Yenilənib-2, FOTOLAR)</b>

 Binə Ticarət Mərkəzində ticarət məşğul olan sahibkarların keçirdiyi etiraz aksiyası polis tərəfindən dağıdılıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, polis aksiya iştirakçılarını dağıtmaq üçün rezin dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib.
 
Aksiya iştirakçıları arasında saxlanılanlar və xəsarət alanlar var. Polis əməkdaşları arasında da xəsarət alanların olduğu bildirilir.
 
Hazırda Bakı-Salyan şosesinin nəqliyyatın hərəkəti tam bərpa olunub.

Foto "qafqazinfo"dandır

***

Binə Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarlar aksiya keçirdiyi əraziyə əlavə polis qüvvələri cəlb olunub.
 
 Polis aksiya iştirakçılarına dağılmaq barədə xəbərdarlıq edib. Lakin aksiyaçılar xəbərdarlığa qulaq asmayaraq polis əməkdaşlarına daş və müxtəlif əşyalar atmağa başlayıblar. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
 
Aksiya iştirakçıları arasında saxlanılanların olduğu bildirilir.
 
 
***
 Binə Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarlar aksiya keçirirlər.
 
 
Sahibkarlardan biri APA-ya bildirib ki, bu gün mağazaları açmayıblar. Onlar ticarət mərkəzinin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq bu addımı atıblar.
 
Hazırda ticarət mərkəzinin rəhbərliyi mağaza sahibləri ilə danışıq aparır.
 
APA-nın hadisə yerində olan əməkdaşı isə bildirib ki, Binə Ticarət Mərkəzinə gedən magistral yolun Şıx qəsəbəsi ərazisindən keçən hissəsi polis qüvvələri tərəfindən nəzarətə götürülüb. Avtomobillərin ticarət mərkəzi istiqamətinə hərəkəti məhdudlaşdırılıb. Polis əməkdaşları bildiriblər ki, bu addım təhlükəsizlik məqsədi daşıyır.
 
Hazırda aksiya iştirakçıları Bakının mərkəzinə doğru yürüş etməyə cəhd göstərirlər.
 
Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova da hadisə yerinə gəlib. O, aksiya keçirənlərlə danışıqlar aparır.









 





19.01.2013    çap et  çap et