525.Az

“Binə Ticarət Mərkəzində aksiya keçirənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər”


 

“Binə Ticarət Mərkəzində aksiya keçirənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər”<b style="color:red"></b> Bu gün Binə Ticarət Mərkəzində ticarət məşğul olan sahibkarların keçirdiyi etiraz aksiyasında polis əməkdaşları arasında da xəsarət alanlar olub.
 
Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov məlumat verib. Onun sözlərinə görə, aksiya iştirakçıları polisin qanuni tələbinə məhəl qoymadan müqavimət göstəriblər: “Nəticədə polis əməkdaşlarına məxsus avtomobillər əzilib, bir neçə polis əməkdaşı ciddi xəsarət alıb”.
 
S. Bağırov, həmçinin qeyd edib ki, qanunsuz aksiya iştirakçıları arasında saxlanılanlar olub: “Aksiyada iştirak edən şəxslər arasında saxlanılanlar var. Onların dəqiq sayını deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, hadisəyə mütləq hüquqi qiymət veriləcək, qanunu pozan şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər”.
 
S. Bağırov aksiyanın dağıdılmasında rezin güllələrdən istifadə edilməsi barədə yayılan məlumatları təkzib edib.
 
Qeyd edək ki, bu gün Binə Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarlar ticarət mərkəzinin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq aksiya keçiriblər. Aksiya polis tərəfindən dağıdılıb.
 





19.01.2013    çap et  çap et