525.Az

«28 May»-ın əsas girişi bağlanacaq


 

«28 May»-ın əsas girişi bağlanacaq<b style="color:red"></b>

Yanvarın 21-dən etibarən Bakı Metropoliteninin «28 May» stansiyasının əsas girişi təmirə bağlanacaq.

Metropolitendən «APA-Economics»ə verilən məlumata görə, rekonstruksiya işləri ilə əlaqədar, təmir işləri başa çatdırılana qədər, «28 May» stansiyasının əsas girişi (Cəfər Cabbarlı meydanı) yanvarın 21-i səhər saat 06:00-dan etibarən bağlanacaq. Sərnişinlər bu müddət ərzində «28 May» stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) və «Cəfər Cabbarlı» stansiyasının girişindən («28 May» stansiyasının əsas giriş-çıxışı ilə üzbəüz) istifadə edə bilərlər.
 
«Sərnişinlərin nəzərinə çatdırırıq ki, təmir yalnız giriş hissəsində aparılacağından «28 May» metro stansiyasından sərnişinlərin çıxışı dəyişməz olaraq qalacaq və həmişəki kimi bütün istiqamətlərdə, o cümlədən əsas çıxışdan da mümkün olacaq. Metropoliten rəhbərliyi yenidənqurma işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir», - deyə müəssisədən bildirilib.

 





19.01.2013    çap et  çap et