525.Az

Zəhərlənmədən 5 nəfər öldü


 

Zəhərlənmədən 5 nəfər öldü<b style="color:red"></b> Yanvarın 18-də Azərbaycanda bir neçə zəhərlənmə hadisəsi olub.

525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xırdalan şəhər sakinləri Vüsalə Məmmədova, Vüsalə Ağaməmmədova, 2 yaşlı Sevinc İsmayılova, Gəncə şəhər sakinləri Ülviyyə Əhmədova və onun qızı 1 yaşlı Aysu, Abdulrəhman Talıbov, Sumqayıt şəhər sakini Fidan Qasımova evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilib.
 
Bundan başqa Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbə sakini 34 yaşlı Ramin Əliyev və Suraxanı rayonunda yaşayan 17 yaşlı Jalə Baxışova və Xətai rayonunun sakini 29 yaşlı Zəminə Ağayeva öz evlərində dəm qazından zəhərlənərək ölüb.
 
Yanvarın 18-də Şamaxı rayonunun Göylər kənd sakini Şərqiyyə Mikayılova evindən siçan dərmanından zəhərlənmə səbəbindən Bakı şəhərinin Xətai rayonu ərazisində yaşayan İlham Allahverdiyev isə qidadan zəhərlənərək ölüb.
 





19.01.2013    çap et  çap et