525.Az

Bakıda kriminal avtoritetlərə qarşı əməliyyat: 11 nəfər saxlanılıb


 

Bakıda kriminal avtoritetlərə qarşı əməliyyat: 11 nəfər saxlanılıb<b style="color:red"></b> Avtoritetlər saxlanılarkən polisə müqavimət göstəriblər

Yanvarın 18-də əvvəllər məhkum olunmuş, özlərini kriminal avtoritet adlandıran bir qrup şəxsin Xətai rayonu ərazisindəki kafelərdən birində toplaşaraq aralarında nüfuz dairələrinin bölgüsünü aparmaları barədə Daxili İşlər Nazirliyinə əməliyyat məlumatı daxil olub

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, məlumat yoxlanılaraq təsdiqini tapıb. Bununla əlaqədar həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində 11 nəfər saxlanılıb. Bu zaman onlar polisə müqavimət göstəriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılmış, araşdırmalar aparılır. 
 





19.01.2013    çap et  çap et