525.Az

ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq


 

ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq<b style="color:red"></b> ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair müzakirə təşkil olunacaq.
 
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Nümayəndələr Palatasının Xarici əlaqələr komissiyası gələn ilin yanvarında bağlı qapılar arxasında Dağlıq Qarabağ məsələsini müzakirə edəcək.

Bunu ABŞ-dakı “Ay Data” erməni təşkilatının nümayəndəsi Elizabet Çulcyan deyib.

O bildirib ki, müzakirəyə ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik də dəvət olunub:

“Biz istərdik ki, müzakirələr açıq olsun. Hələlik komissiyanın sədri bu haqda heç nə deməyib”.
 





17.12.2015    çap et  çap et