525.Az

Ukraynada azərbaycanlı gənclər 20 Yanvar şəhidlərini anıblar (Fotolar)


 

Ukraynada azərbaycanlı gənclər 20 Yanvar şəhidlərini anıblar <b style="color:red">(Fotolar)</b>

Ukrayna Azərbaycanlı  Gənclər Birliyi  ənənəyə uyğun olaraq  20 yanvar şəhidlərinin xatirəsini “Ülviləşən  Mübariz “  devzi altında yad ediblər. 

  525.az-ın məlumatına görə, Azərbaycan səfirliyinin ,mili diasporumuzun ,o cümlədən bir sıra Ukrayna gənclər təşkilatları və media nümayəndələrinin qatıldığı mərasımi  Ukrayna Azərbaycanlı Gənclər Birliynin sədri Anar Tahirov açaraq Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın keçdiyi mübarizə tarixindən danışıb .Qeyd edib ki,anım mərasiminin  “Ülviləşən Mübariz “ devzi altında keçirilməsində əsas məqsəd  1990-cı ilin  20 yanvar gecəsində   şəhid olan 20 yaşlı şair Ülvi Bünyadzadə ilə bu faciədən düz 20 il sonra vətənimizin bütövlüyü naminə qəhrəmanlıq zirvəsinə ucalmış Mübariz İbrahimovun indiki gənc nəslə örnək qoyub getdikləri  ülviləşən mübarizə yolunu davam etdirməkdən ibarətdir.

Anım Mərasimdə Azərbaycan səfirliyinin konsulluq məsələləri üzrə 2-ci katibi Asim Osmanov  çıxış edərək totalitar sovet rejiminin Azərbaycanda törətdiyi qanlı cinayətlərin beynəlxalq arenaya çatdırılmasında və bu faciəyə hüquqi siyasi qiymət verilməsində Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışdı .Tədbirdə 20 yanvar əlili Anotoli Federenko çıxış edərək,   müasir silahlarla silahlanmış sovet ordusunun  dövlət müstəqilliyi uğrunda mübarizəyə qalxan Azərbaycan xalqına qarşı həyata keçirtdiyi bəşəri cinayətin canlı şahidi olduğunu soylədi .

Həmin gecə ayağından yaralandığını xatırlayan  Federenko əli Azərbaycan xalqının qanına batan  Mixail Qarbaçovu və o zamankı sovet rəhbərliyini qəddar cani adlandırıb. Anım mərasimində Ukrayna Azərbaycanlıları Konqresi adından Rövşən Tağıyev, SOCAR –ın Ukrayna nümayəndəliyi adından Həzi Aslanov ,UAGB – adından  Əzizə Tərlanova ,Ramin Hüseynov və digər gənclər çıxış edərək aradan 23 il ötməsinə baxmayaraq faciəni törədənlərin hələdə cəzalandırılmamasını tarixi ədalətsizlik kimi qiymətləndiriblər. Öz qanları ilə Azərbaycan dövlət müstəqilliyinin  şərəf və şan tarixinə əbədi imza atmış qəhrəman oğul və qızlarımızın xatirəsinin heç zaman unudulmayacağını vurğulayıblar. Anım mərasimində Ukraynada Azərbaycan həqiqətlərinin ölkə ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən gənclərə  azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə təsis olunmuş “Gənc Mübariz  ” fəxri diplomları təqdim olunub .Tədbirin sonunda mərasim iştirakçıları qanlı yanvar gecəsini özündə əks etdirən sərgi ilə tanış olublar.

 





20.01.2013    çap et  çap et