525.Az

İki məhbus ölüb


 

İki məhbus ölüb<b style="color:red"></b>

Azərbaycanda iki məhbus xəstəlikdən vəfat edib. Bu barədə APA-ya Nizami Rayon Prokurorluğundan bildirilib.

Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Qəsdən adam öldürməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş 1959-cu il təvəllüdlü Əlibala Əsədullayev və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 3 il müddətinə azadlıqdan məhrum edilən, 1960-cı il təvəllüdlü Elman Yusifov Müalicə Müəssisəsində dünyalarını dəyişiblər.
 
Məlumata görə, Ə. Əsədullayev xərçəngdən, E. Yusifov digər xəstəlikdən vəfat edib.
 
Faktla bağlı araşdırma aparılır.

 





21.01.2013    çap et  çap et