525.Az

Azərbaycan Ordusunda zabitin qanunsuz hərəkəti (FOTO)


 

Azərbaycan Ordusunda zabitin qanunsuz hərəkəti <b style="color:red"> (FOTO)</b> Sosial şəbəkələrdə Azərbaycan ordusunun zabitinin əsgərlərə işgəncə verməsi faktını əks etdirən foto yayılıb. Lent.az-ın məlumatına görə, hərbi hissələrdən birində taborda məxfi hissə rəisi kimi xidmət etdiyini bildirən və özünü Ülvi Namazlı kimi təqdim edən hərbçi əsgərlərə soyundurub və onların kürəklərinə “GƏNCƏ” sözünü yazıb.
 
Əsgərlərin kürəklərinə diş pastası ilə yazılmış sözlə şəkil çəkdirən hərbçi daha sonra fotonu sosial şəbəkələrdə paylaşıb. Hərbçinin hərəkəti insanlarda narazılığa səbəb olub, şəbəkələrdə bununla bağlı müzakirələr aparılır.
 
Müdafiə Nazirliyindən Lent.az-a bildirilib ki, məsələyə gün ərzində münasibət bildiriləcək.
 





21.01.2013    çap et  çap et