525.Az

Şneyder rəsmən “Qalatasaray”da


 

Şneyder rəsmən “Qalatasaray”da<b style="color:red"></b> İtaliyanın “İnter” komandasının hollandiyalı ulduzu Vesley Şneyderin Türkiyənin “Qalatasaray” klubuna transferi məsələsinə nöqtə qoyulub.
 
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yanvarın 20-də gecə saat 22:34 radələrində “Qalatasaray” klubunun rəsmi saytı bununla bağlı məlumat yayıb.
 
Vesley Şneyder ildə 4 milyon avro, hər oyun üçün 25 min avro, 500 min avro bonus qarşılığında 3,5 il “Qalatasaray” komandasında oynamağı qəbul edib. “Qalatasaray” transfer üçün “İnter”ə 7,5 milyon avro, oyunçunun menecerinə isə 1 milyon avro ödəyəcək. “Qalatasray TV”-yə açıqlama verən Vesley Şneyder deyib ki, “Qalatasray” komandasına keçidlə bağlı qərar verdiyi üçün xoşbəxtdir: “Qalatasray” dünya səviyyəli bir komandadır. İlk matça çıxacağım üçün indidən həyəcanlıyam. Böyük matçlarda oynamağı sevirəm. Fatih Terim haqqında İtaliyada çox şey eşitdim, onunla çalışmağı həyəcanla gözləyirəm. Komandadakı futbolçuların da çoxunu tanıyıram. Tərəfdarları sevindirmək istəyirəm”.
 





21.01.2013    çap et  çap et