525.Az

Bakı İstintaq Təcridxanasına rəis təyin olunub


 

Bakı İstintaq Təcridxanasına rəis təyin olunub<b style="color:red"></b>

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyində olan Bakı İstintaq Təcridxanasına yeni rəis təyin olunub.

Penitensiar Xidmətin (PX) ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə təcridxananın rəisi vəzifəsi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovniki Azər Seyidova həvalə olunub.
 
Qeyd edək ki, Bakı İstintaq Təcridxanasının əvvəlki rəisi E. Sadıqov bir neçə gün əvvəl yaş həddi ilə bağlı təqaüdə göndərilib.

 





21.01.2013    çap et  çap et