525.Az

"Neftçi" Avroliqada ilk xalını qazandı


 

"Neftçi" Avroliqada ilk xalını qazandı

Bu gün Avropa Liqasında qrup mərhələsinin oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan Bakının "Neftçi" klubu tarixi ərzində ilk dəfə qrup mərhələsinin oyununa çıxıb.

Böyükağa Hacıyevin komandası Serbiyada "Partizan"ın qonağı olub. Son Azərbaycan çempionunu səfərdə bir xal da qane edəcəkdi. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb və "Neftçi" turnirdə ilk xalını qazanıb - 0:0.

Qrupun digər oyunu isə İtaliyada baş tutub. Burada yerli "İnter" klubu Rusiyanın "Rubin" (Kazan) komandasını sınağa çəkib. Milan təmsilçisi Bakı vaxtı ilə saat 00:05-də başlayacaq görüşün əsas favoriti hesab olunur. Lakin bu görüşdə də qalib müəyyənləşməyib - 2:2.

Qeyd edək ki, Avropa Liqasında növbəti oyunlar oktyabrın 4-də keçiriləcək.

20 sentyabr

Avropa Liqasında qrup mərhələsinin oyunları


H qrupu

 

00:05. "Partizan" (Serbiya)  - "Neftçi" (AZƏRBAYCAN) - 0:0
Hakimlər: Libor Kovarik, Patrik Filipek, Jiri Molaçek (hamısı Çexiya)
Belqrad. Partizan stadionu

"Neftçi": Saşa Stamenkoviç, İqor Mitreski, Tərlan Quliyev, Bruno Bertuççi, Mahir Şükürov, Rəşad Sadiqov (k), Erik Ramos, Flavinyo (Araz Abdullayev, 78), Julius Vobay (Emin Mehdiyev, 87), Cavid İmamverdiyev (Mirhüseyn Seyidov, 58), Nikolas Kanales

Ehtiyat oyunçular: Emil Balayev, Saşa Yunisoğlu, Rodriqinyo, Araz Abdullayev, Mirhüseyn Seyidov, Kamil Nurəhmədov, Emin Mehdiyev


"Partizan": Vladimir Stoykoviç, Aleksandr Milkoviç, Medo, Tomiç, İvanov, Lazevski, Markoviç, İliç, Ostoyiç, Markoviç (Miloş Yojiç, 63), Mitroviç

00:05. "İnter" (İtaliya) - "Rubin" (Rusiya) - 2:2
Qollar: Ryazentsev, 17 (0:1), Livaya, 39 (1:1), Rondon, 84 (1:2), Naqatomo, (2:2)

 





21.09.2012    çap et  çap et