525.Az

Bakıda 3 yaşlı uşaq öldü


 

Bakıda 3 yaşlı uşaq öldü<b style="color:red"></b> Bakı şəhərinin Binəqədi rayonu ərazisində faciəvi hadisə baş verib.

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Baksol yaşayış sahəsindəki nömrəsiz evlərdən birində 3 yaşlı Həsənov Əli Elbrus oğlu ehtiyatsızlıq nəticəsində ölüb. Məlumata görə, azyaşlı valideynlərin nəzarətsiz qoyduğu vaxt televizorun üstünə çıxmaq istəyib. Bu zaman 72 diaqonallı, “Sony” markalı televizor onun üstünə aşıb.
 
3 yaşlı Ə.Həsənov ağır vəziyyətdə xəstəxanaya aparılsa da, orada ölüb.
 
Faktla əlaqədar araşdırma aparılır.
 





21.01.2013    çap et  çap et