525.Az

Mülayim isti hava şəraiti davam edəcək


 

Meteohəssas insanlarda narahatlıq yaranacaq

Mülayim isti hava şəraiti davam edəcək<b style="color:red"></b>

Meteohəssas insanlarda narahatlıq yaranacaq

Bakı və Abşeron yarımadasında yanvarın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 3-5, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında yanvarın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək.
 
Havanın temperaturu gecə 4-9,  gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
 
Yaxın 2-3 gün ərzində yanvar ayı üçün mülayim isti hava şəraitinin davam edəcəyi gözlənilir.
 
Tibbi-meteoroloji proqnoza əsasən yanvarın 22-dən 24-dək Abşeron yarımadasında mülayim isti hava şəraiti davam etsə də, arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissinə səbəb ola bilər.

 





21.01.2013    çap et  çap et