525.Az

Azərbaycanda axtarışda olan türk Rusiyada həbs olundu


 

Azərbaycanda axtarışda olan türk Rusiyada həbs olundu<b style="color:red"></b>

Azərbaycanda axtarışda olan Türkiyə vətəndaşı Rusiyada həbs edilib.

 İnterpolun Tümen şöbəsinin və həmin şəhərin “Roşino” hava limanının polis əməkdaşları ilə birgə keçirtdiyi əməliyyat nəticəsində beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb və Azərbaycana ekstradisiya olunub. APA-nın Rusiya Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 2012-ci ilin aprelində Rusiya DİN-in İnterpol milli mərkəzi bürosuna Türkiyə vətəndaşının axtarışda olması barədə sorğu göndərilib. Sorğuda qeyd olunur ki, həmin vətəndaş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 maddəsi üzrə axtarışa elan olunub (Ehtiyatsızlıqdan  zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması). Türkiyə vətəndaşı 6 ilə qədər azadlıqdan məhrum oluna bilər

 





21.01.2013    çap et  çap et