525.Az

“AzərRos”-un növbəti qurultayının vaxtı müəyyən olunub


 

“AzərRos”-un növbəti qurultayının vaxtı müəyyən olunub<b style="color:red"></b>

Söyün Sadıqov: “Hələlik prezidentliyə yeganə namizəd Abbas Abbasovdur”

Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti “AzərRos”-un növbəti qurultayının vaxtı müəyyən olunub. Bu barədə APA-nın Moskva müxbirinə “AzərRos”un prezidenti Söyün Sadıqov məlumat verib. O, qurultayın yanvarın 25-də Moskvanın “Prezident” otelində keçiriləcəyini söyləyib.
 
S. Sadıqov “AzərRoss” prezidentliyinə Abbas Abbasovun namizədliyini irəli sürdüklərini söyləyib: “Hələlik yeganə namizəd Abbas Abbasovdur. Qurultayda “AzərRoss”-un Rəyasət Heyəti və prezidenti seçiləcək. Qurultayda təşkilatın Nizamnaməsinə dəyişiklik edilməsi də gözlənilir”.

 





21.01.2013    çap et  çap et