525.Az

Əsgərlərin sosial şəbəkələrdə paylaşılan fotolarına rəsmi münasibət


 

Əsgərlərin sosial şəbəkələrdə paylaşılan fotolarına <b style="color:red">rəsmi münasibət</b>

Müdafiə Nazirliyinin N saylı hərbi hissənin əsgəri Namazlı Ülvi Eldəniz oğlunun sosial şəbəkələrdə paylaşdığı fotolarla bağlı araşdırmaya başlanılıb. Bu barədə 525.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

İlkin məlumata görə, eyni çağırışdan və eyni bölgədən olan əsgərlərin Gəncə şəhərinə istəklərini ifadə etmək üçün belə vasitəyə əl atdıqları bildirilir. Buna baxmayaraq, Müdafiə Nazirliyi Hüquq İdarəsinin apardığı araşdırmanın nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq.

Məlumatda bildirilir ki, bəzi informasiya vasitələrində əsgər Namazlı Ülvinin zabit qismində təqdim edilməsi də yanlışdır.

 





21.01.2013    çap et  çap et