525.Az

“Ded Xasan”ın düşmənlərindən biri öldürüldü


 

“Ded Xasan”ın düşmənlərindən biri öldürüldü<b style="color:red"></b> Kriminal aləmdə “Astik Suxumskiy” ləqəbi ilə tanınan “qanuni oğru” Astamur Quliya Suxumidə restoranların birinin yaxınlığında güllələnib.
 
Lent.az-ın “dkvartal.ru” saytına istinadən verdiyi məlumata görə, ağır yaralanmış Astamur Quliyanın xilas edilməsi üçün Moskvadan həkim komandası gəlib. Ancaq həkimlər Astamur Quliyanın həyatını xilas edə bilməyiblər.
 
Qeyd edək ki, Astamur Quliya yanvarın 16-da Moskvada güllələnərək öldürülən “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyanın əsas düşmənlərindən biri olub. Astamur Quliyanın ölümü “Ded Xasan”ın mənsub olduğu cinayətkar qruplaşmanın intiqamı sayılır.
 





21.01.2013    çap et  çap et