525.Az

“Dünya neft bazarındakı vəziyyət Azərbaycana da təsir edir"


 

“Dünya neft bazarındakı vəziyyət Azərbaycana da təsir edir"<b style="color:red"></b> “Dünya neft bazarındakı vəziyyət Azərbaycana da təsir edir. Ancaq bu təsiri minimallaşdırmaq üçün Azərbaycan hölkumətinin müvafiq konsepsiyası var”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov deyib.
 
Ə. Həsənov bildirib ki, dövlət başçısı və komandası nikbin əhval-ruhiyyədədir.
 
Prezidentin köməkçisinin sözlərinə görə, süni qiymət artımının qarşısının alınması üçün müvafiq dövlət qurumları, Nazirlər Kabineti, İqtisadiyyat və Sənaye Nazirliyi və digər qurumlar zəruri tədbirlər həyata keçirirlər:

"Hazırda Azərbaycan hökuməti devalvasiyanın mənfi nəticələrini aradan qaldırmağa çalışır. Xüsusən bazar iqtisadiyyatına çətin uyğunlaşan sosial təbəqələrin- təqaüdçülərin, əlillərin, dövlət yardımı ilə həyatını quran insanların devalvasiyanın mənfi nəticələrindən qorunması istiqamətində tədbirlər aparılır”.
 





25.12.2015    çap et  çap et