525.Az

Elmira Süleymanova: “Biz gələcəyə inamla baxırıq"


 

Elmira Süleymanova: “Biz gələcəyə inamla baxırıq"

Hər il avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsüyləSülh aylığıkeçirilir. Elmira Süleymanova ilə söhbətimizə elə bu mövzu ilə başladıq. İlk sualımızSülh aylığıtəşəbbüsünün haradan qaynaqlanması ilə bağlı oldu. 


 
– 1981-ci ildən BMT-nin qərarına əsasən, 21 sentyabrBeynəlxalq Sülh Günüelan olunub. Bu əlamətdar günü biz artıq neçə illərdir ki, müxtəlif səpkili tədbirlərlə qeyd edirik. Artıq bir ənənə olaraq, hər il avqust ayının 21-dən sentyabr ayının 21-dək olan dövrü ölkəmizdə təşəbbüsümüzləSülh aylığıkimi elan edirik, müvafiq mərkəzi yerli icra hakimiyyəti orqanlarına, QHT-lərə, icmalara müraciətlər ünvanlayırıq, müxtəlif silsilə tədbirlərin keçirilməsini tövsiyə edirik. Bu da özlüyündə sülh mədəniyyətinin təbliğinə, insanların sülh diləyinin təcəssümünə, bu istiqamətdə əməkdaşlığa mühüm töhfələr verir. Bu baxımdan ölkəmizin rayon şəhərlərində, qəsəbə kəndlərdə keçirilənSülh aylığıinsanlar arasında hüquq mədəniyyəti ilə yanaşı, sülh mədəniyyətini təbliğ etməklə Minilliyin İnkişaf Məqsədlərinə xidmət edir.

 

Sülh aylığıçərçivəsində  Silahlı Qüvvələrin hərbi birləşmələrində, cəzaçəkmə müəssisələrində, uşaq evləri internat müəssisələrində, orta ali təhsil ocaqlarında, icmalarda, müxtəlif dövlət qurumlarının, hüquq mühafizə orqanlarının akademiyalarında insan hüquqları sülh mədəniyyətini təbliğ edən seminarlar treninqlər təşkil olunur,  mətbu orqanlarda, qəzet jurnallarda məqalələr dərc edilir. Düşünürəm ki, atdığımız bu addımlar insan hüquqları sülh mədəniyyətinin təbliğinə mühüm töhfə verir.

 

Bu gün Azərbaycan terroru dövlət səviyyəsində tətbiq edən həyata keçirən Ermənistanla müharibə şəraitindədir. Sizcə, qarşılıqlı sülhü təmin etmək üçün bizim üzərimizə daha ağır yük düşmürmü?

 

Ermənistanla sülhə nail olmaq üçün biz əlimizdən gələni edirik etməliyik. Lakin Ermənistanın cinayətkar əməlləri çoxdan insanlıq məcrasından çıxıb. Son illərdə Avropa Şurası,  BMT, ATƏT, NATO başqa nüfuzlu beynəlxalq qurumlar tərəfindən dəfələrlə artıq bu münaqişənin sülh yolu ilə həllinin sürətləndirilməsi zəruriliyi vurğulanıb. 1993- ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması, regionda sülhə davamlı inkişafa təhlükə yaradan münaqişənin sülh yolu ilə həll olunması, atəşkəsin əldə edilməsi, işğalçı erməni silahlı qüvvələrini qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması haqqında məlum 4 qətnamə qəbul edilib. Beynəlxalq normalara hörmətlə yanaşan ölkəmizin təşəbbüsü ilə 1994- il mayın 12- atəşkəs haqqında müqavilə imzalanıb. Lakin erməni tərəfi hələ beynəlxalq qurumların rəyi, qətnamələri, qərarları ilə hesablaşmır, Azərbaycana azərbaycanlılara qarşı düşmənçilik mövqeyi nümayiş etdirir, atəşkəsi müntəzəm olaraq pozaraq terror siyasəti həyata keçirir bu cinayətkar əməllər dünya birliyi tərəfindən sükutla, cəzasızlıqla, hərəkətsizliklə qarşılandığından zaman-zaman məkrli siyasətini daha da gücləndirir, bunun üçün süni bəhanələr tapır beynəlxalq ictimai rəyi çaşdırmaq, saxtalaşdırmaq məqsədilə heç bir fürsəti əldən buraxmır. Biz bu gün şahidik ki, beynəlxalq təşkilatların həmin problemin həllində vasitəçilik missiyası hələ bir nəticə vermir. Bu gün dünyada daha bir maraqlı hal müşahidə olunur. Müxtəlif beynəlxalq təşkilatlar tərəfindən bir nəfər terrorçunun tapılmasına cəzalandırılmasına külli miqdarda vəsait sərf edildiyi halda, öz açıq terrorçuluq siyasəti ilə tüğyan edən ASALA erməni terror təşkilatına qarşı heç bir tədbir görülmür. Ancaq bu zaman yaddan çıxarılır ki, cəzasızlıq bütün bəşəriyyət üçün təhlükədir. Biz istəyirik ki, insan hüquq azadlıqlarını təşviq edən, öz bayrağında diskriminasiya ayrı-seçkiliyi qadağan edən BMT üzvlüyə qəbul etdiyi Ermənistanın özbaşınalığına göz yummağa son qoysun. BMT-nin Baş katibi Ban Ki Mun bu il Beynəlxalq Sülh Günü münasibətilə etdiyi müraciətində dünyada insanlarıSabit gələcək naminə davamlı sülhə, xalqlar millətlər arasında harmoniyanın əldə olunması istiqamətində əməkdaşlığa səsləyib. Əgər belə beynəlxalq təşkilatlar öz Nizamnamələrində təsbit olunmuş sülh, bərabərlik təhlükəsizlik naminə fəaliyyətlərini həyata keçirməyə qadir deyillərsə, onda nəyə lazımdır bu çoxsaylı konfranslar, tədbirlər, müraciətlər? Belə beynəlxalq tədbirlərdə erməni təcavüzündən, törədilən işgəncə qəddarlıqların cəzasızlığından danışdıqda bu fikirlərimizsiyasi məsələadlandırılaraq, mövqeyimizin açıqlanmasına imkan yaradılmır, bununla da erməni terroruna rəvac verilir.

 

Lakin biz gələcəyə inamla baxırıq inanırıq ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, qaçqın köçkünlərimiz məcburi tərk etdikləri torpaqlarına qayıdacaq, bərpa olunmuş şəhərlərdə, kəndlərdə yenidənqurma inkişaf proseslərinə qatılaraq həyat sürəcəklər. Bu inamın ciddi əsasları var. Ən əvvəl, tarixən qısa ya uzun çəkən münaqişələr, müharibələr hər zaman güclü liderlərin sarsılmaz iradəsi nəticəsində sülhlə nəticələnib.

 

Başqa bir tərəfdən, ölkə prezidentinin sülhməramlı siyasəti, ən yüksək kürsülərdən Azərbaycan torpaqlarının müzakirə predmeti ola bilməyəcəyini Bir qarış torpağımızı heç kəsə verməyəcəyik ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olacağımızıbəyan etməsi dünya birliyində respublikamızın demokratik hüquqi dövlət quruculuğunda nailiyyətləri, beynəlxalq aləmdə nüfuzunun artması bu proseslərə daha etibarlı zəmin yaradır. Bu gün ölkəmiz beynəlxalq arenada münaqişələrin həll olunması üçün öz töhfəsini verməklə, sülhməramlı qüvvələrini müharibə ocaqlarında atəşkəsin, əmin-əmanlığın təmin olunması üçün səfərbər edərək sülhə nail olmaq üçün güclü ordu formalaşdırıb. Ermənistanın qədər maneə yaratmasına baxmayaraq, biz sülh naminə qürurlu, daha da mütəşəkkil əzmli fəaliyyət göstərməliyik. Biz səsimizi, sülh çağırışımızı daş ürəklərə, beynəlxalq qurumlara, dövlətlərə çatdırmalıyıq ki,  onlar ədalətli sülh yolunda olan Azərbaycanın haqq işinə, işğal olunmuş əzəli torpaqlarının geri qaytarılmasına, 1 milyondan çox qaçqın məcburi köçkünün öz doğma yurd-yuvalarına qovuşmasına çalışsın. 90-dək milli azlıq etnik qrupun da təmsil olunduğu Azərbaycan xalqına sözlə yox, qətiyyətli tədbirlərlə dəstək verərək, erməni terrorunun qəddarlığının qarşısı alınmaqla, yeganə monoetnik dövlət quran ermənilərin ümumbəşəri dəyərlərə nifrət, həqarət əməllərinə son qoyulsun, regionda sülh bərqərar olsun.

 

– “Sülh aylığıhansı tədbirlərlə yadda qaldı?

 

Ölkəmizin rayon şəhərlərində, qəsəbə kəndlərində keçirilənSülh aylığıinsanlar arasında hüquq mədəniyyəti ilə yanaşı, sülh mədəniyyətini təbliğ etməklə Minilliyin İnkişaf Məqsədlərinə xidmət edir.

 

Bu baxımdanSülh aylığıinsan hüquqları sülh mədəniyyətinin təbliğinə dair yerli mərkəzi icra hakimiyyəti orqanları tərəfindən keçirilən çoxsaylı maraqlı tədbirlərlə yadda qaldı. Bu sıradan hüquqi maarifləndirmə məqsədi daşıyan bir çox tədbirlər keçirildi. Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda həyata keçirilmişAzərbaycan-doğma diyarımdıradlı tədbir isə Millət vəkilləri, dövlət qurumlarının, QHT KİV-lərin, icmaların, milli azlıqları təmsil edən, müxtəlif regionlardan gəlmiş ailələrin iştirakı ilə yadda qaldı.

 

Bunlarla yanaşı, “Biz sülhə səs veririk”, “Mən sülhə çağırıram sülhü təbliğ edən digər mövzularda rəsm müsabiqələri, Bakı şəhərində respublikamızın regionlarında yerləşən orta ali təhsil ocaqlarında, ali təhsil müəssisələrinin filiallarındaBeynəlxalq Sülh Günü həsr olunmuş dəyirmi masalar konfranslar  keçirilib. QHT KİV-in qoşulduğuSülh aylığıinsanlarda hörmət hissinin, sülh dözümlülük mədəniyyətinin aşılanması baxımından əhəmiyyətli olub. “Sülh aylığıçərçivəsində Ombudsmanın Aparatının Müvəkkilin Gəncə, Şəki, Quba Cəlilabadda yerləşən regional mərkəzləri əməkdaşlarının iştirakı ilə silsilə tədbirlər davam etdirilib, insan hüquqlarına dair müxtəlif mövzularda məruzələr dinlənilib. Əhalinin müxtəlif qruplarıuşaqlar, əlillər, qadınlar, ahıllar, hərbi qulluqçular, məhkumlar müxtəlif qapalı müəssisələrdə saxlanılan şəxslərlə görüşlər keçirilib, onların vəziyyəti öyrənilmiş, müraciətləri qəbul edilib.

 

Mütəmadi olaraq minlərlə üzvünün faydalandığı, Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq Gənclərin Sülh Şəbəkəsi üzvlərinin iştirakı ilə silsilə tədbirlər davam etdirilib.

 

Daha hansı işləri görməyi planlaşdırırsınız?

 

Qarşıda hələ görüləcək çox işlər var. Gələcəkdə bölgələrdə, sərhədyanı rayonlarda, qaçqın məcburi köçkünlər üçün salınmış qəsəbələrdə Milli Fəaliyyət Proqramının icrası üzrə fəaliyyətin təşkilində birgə təşəbbüsləri daha da artırmaq, sülh hərəkatının formalaşmasında səyləri genişləndirmək məqsədilə sülh mədəniyyətinin, sülh tolerantlığın təbliği maarifləndirmə işinin təşkili, gənclərin təmsilçiliyinin artırılması, beynəlxalq tədbirlərdə iştirak etmək beynəlxalq təcrübəni öyrənmək, beynəlxalq təşkilatlarla əlaqələri əməkdaşlığı gücləndirmək, BMT, YUNESKO, Beynəlxalq Sülh Bürosunun sənədlərini, qətnamələrini dilimizə tərcümə etmək əhali arasında yaymaq qarşıda duran vəzifələrimizə daxildir.

 

Ombudsman Aparatı olaraq, “Sülhmövzusunda ədəbiyyat resurslarını artırmağı, sülh mədəniyyəti təhsilini effektiv tədris modulları əsasında inkişaf etdirməyi, orta ali məktəblərdə müvafiq fənlərin tədrisini təşkil etməyi, dövlət qurumları, ictimai təşkilatlar, KİV-lər icmaların iştirakı ilə birgə proqramlar həyata keçirməyi, “Dinlər Sülh körpüsü kimisülh dəyərlərini inkişaf etdirmək dini liderlərin dəstəyindən yararlanmaq, habelə gender sülh mədəniyyəti təhsilinin formalaşdırılması gələcək üçün nəzərdə tutulan planlarımız sırasındadır. Bundan başqa, vasitəçilik institutunu inkişaf etdirməyi, ailədə baş verən zorakılıq hallarını aradan qaldırmaq məqsədilə proqramlar hazırlamağı, sülhü təbliğ edən mövzularda treninq-seminarların keçirilməsini, təlimçilər ekspertlərin hazırlanmasını, bu proseslərdə gənclərin iştirakının təmin edilməsini planlaşdırırıq.

 

Sevinc MÜRVƏTQIZI
 





21.09.2012    çap et  çap et