525.Az

​"Günəşli" gəmisinin təmiri üçün tender elan edilib


 

​"Günəşli" gəmisinin təmiri üçün tender elan edilib<b style="color:red"></b>

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC "Günəşli" və "Araz" yedəkçi gəmilərinin tam əsaslı təmiri ilə bağlı təkliflər sorğusu elan edib.

"Report xəbər verir ki, tender üçün son tarix 15 yanvar 2016-cı il müəyyən edilib.

Məlumata görə, tenderdə iştirak etmək istəyən iddiaçılar lazım olan digər sənədlərlə yanaşı, vergilər və digər icbari ödənişlərlə bağlı vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarından arayış təqdim etməlidir.

Bununla yanaşı, təkliflər sorğusunda iştirak etmək istəyənlər son bir ildəki fəaliyyətləri haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surətini (forma №1 və forma №2) təqdim etməlidirlər.

Qeyd edək ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin tender komissiyası Bakı şəhəri, Üzeyir Hacıbəyov 72 ünvanında yerləşir.

 





26.12.2015    çap et  çap et