525.Az

Dayə uşağı döyür (VİDEO)


 

Dayə uşağı döyür<b style="color:red"> (VİDEO)</b>

Rusiyada dayənin uşaqla kobud davranması əks olunan video çarx "YouTube" videoportalına yüklənib.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, videoda Larisa adlı qadın və 2 yaşlı qız uşağı görünür. Qadın divanda oturaraq televizora baxır və uşağı arxası ekrana oturdaraq yedirdir. Hərdən isə o, uşağın üstünə qışqıraraq onu vurur.

Sonda dayənin saçını yolduğu uşaq qorxaraq qaçır.

"Biz ona çoxlu pul verirdik. Ona və uşaqlarına hədiyyələr verirdik. Biz uşaqda dəyişikliyi oyuncaqlarla oynayanda gördük. O, oyuncaqları bir qırağa atıraq, qışqırırdı. Sonda evə kamera quraşdıraraq dayənin onunla necə kobud davrandığının şahidi olduq", - deyə uşağın valideynləri bildiriblər.

Artıq qızcığazın valideynləri hadisə ilə bağlı müvafiq orqanlara müraciət etmək fikrindədirlər.

 





22.01.2013    çap et  çap et