525.Az

Rusiyada ən təhlükəli azərbaycanlı narkotacirlər


 

Rusiyada ən təhlükəli azərbaycanlı narkotacirlər<b style="color:red"></b> Rusiya Narkotik Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətin xahişi ilə “Rossiyskoy qazete” ölkədə axtarılan ən təhlükəli 5 narkotacir barədə məlumat yayıb.
Lent.az-ın “Rossiyskoy qazete”-yə istinadən verdiyi məlumata görə, bu cinayətkarları görən şəxslərin dərhal Federal Xidmətə zəng açmaları barədə xahiş olunur.
 
Rusiyada axtarılan ən təhlükəli 5 narkotacirdən biri Rusiya, biri Tacikistan, digər üçü isə Azərbaycan vətəndaşıdır. Bu Azərbaycan vətəndaşlardan Əbdürəhmanov Rauf Afiz oğlu 1961-ci il iyulun 27-də Bakıda anadan olub. O, 1 kq 200 qr həşiş qaçaqmalçılığı və satışı ilə bağlı axtarılır. Rauf Əbdürəhmanov dəfələrlə mütəşəkkil cinayətkar dəstənin tərkibində Dağıstana narkotik vasitələr gətirilməsində və paylanılmasında iştirak edib.
 
Əzizov Mirislam Beytulla oğlu 1963-cü il fevralın 7-də Azərbaycanda anadan olub. O, Sankt-Peterburqa böyük həcmdə həşiş gətirməklə məşğul olduğu üçün dövlətlərarası axtarışa verilib.
 
Əsədullayev Cəmil Kamil oğlu da federal axtarışdadır. 1961-ci il yanvarın 4-də Lənkəranın Şahlasər kəndində anadan olmuş Cəmil Əsədullayev cinayətkar qruplaşmanın tərkibində Buryatiya Respublikası ərazinə dəfələrlə böyük həcmdə heroin gətirilməsində iştirak edib.
 





22.01.2013    çap et  çap et