525.Az

SOCAR Özbəkistanın milli neft-qaz holdinqi ilə birgə müəssisə yaradır


 

SOCAR Özbəkistanın milli neft-qaz holdinqi ilə birgə müəssisə yaradır<b style="color:red"></b> SOCAR və Özbəkistanın milli neft-qaz holdinqi olan "Uzbekneftqaz" birgə müəssisə yaradır.
 
"APA-Economics"in Özbəkistan KİV-ə istinadən verdiyi məlumata görə, tərəflər paritet əsaslarla birgə müəssisənin yaradılması haqqında müvafiq memorandum imzalayıblar.
 
Birgə müəssisə Özbəkistanda neft-qaz sahəsində enerji texnologiyalarının tətbiqini nəzərdə tutur.
 
Bildirilir ki, SOCAR bu cür layihələrin reallaşdırılması üçün bütün lazımi avadanlıq və texnologiyalara malikdir.
 
Birgə müəssisənin yaradılması ilə bağlı təsis müqaviləsi 2016-cı ilin ilik yarısında imzalana bilər.
 





28.12.2015    çap et  çap et