525.Az

Rusiyalı deputat Depardyeyə qız axtarır


 

Rusiyalı deputat Depardyeyə qız axtarır<b style="color:red"></b>

Fransanın dünyaşöhrətli aktyoru Jerar Depardyeni Rusiyada evləndirmək istəyirlər.

Rusiyanın keçmiş deputatı Vladimir Kuçerenkonun rəhbərlik etdiyi “Milli Komitə-60” ictimai təşkilatı belə bir təşəbbüslə çıxış edib. Bu məqsədlə təşkilatın fəalları “1-ci Kanal”ın rəhbərliyinə J.Depradyeyə gəlin tapmaqda kömək etmək üçün müraciət ediblər.

Belə ki, onlar aktyoru “1-ci Kanal”da yayımlanan “Gəl, evlənək” verilişinə dəvət etməyi düşünürlər.

“Böyük rəssama, böyük ilham pərisi lazımdır. Biz gəlin qismində Depardye üçün Rusiya Federasiyası Federal Məclisinin Federal Şurasının sədri Valentina Matviyenkonu təklif edərdik. Çünki onları birləşdirən çox ortaq cəhətlər var”, - deyə Milli Komitə-60”ın sədri, keçmiş deputat Vladimir Kuçerenko bildirib.

 





22.01.2013    çap et  çap et