525.Az

"Ətin qiymətində artım yoxdur"


 

"Ətin qiymətində artım yoxdur"<b style="color:red"></b> Son günlər bəzi KİV-lərdə ətin qiymətinin artması barədə yayılan məlumatların heç bir əsası yoxdur.
 
Bu barədə "APA-Economics"ə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, qurum yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına mütəmadi olaraq nəzarət olunur və ətin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb:

"Hazırda Bakıdakı satış məntəqələrində mal ətinin 1 kiloqramı ı istehlakçılara 6,50 - 8 manat arasında təklif edilir.

Qoyun ətinin 1 kiloqramı isə əvvəlki aylarda olduğu kimi, 8-10 manata satılır. Bununla yanaşı, artıq Bakı və Sumqayıt şəhərlərində Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə satış yarmarkaları fəaliyyət göstərir. Həmin yarmarkalarda mal ətinin 1 kiloqramının qiyməti 5,50 - 6 manat arasındadır.

Ölkə regionlarında isə ət istehlakçılara daha ucuz qiymətə təklif edilir. Bir daha KİV-lərə qiymətlərlə bağlı məsələlərə diqqətlə yanaşmaları tövsiyə olunur".
 





28.12.2015    çap et  çap et