525.Az

Cennifer Lopez Bakıdadır


 

Cennifer Lopez Bakıdadır

Dünyaca məşhur səhnə ulduzu Cennifer Lopez Azərbaycanın paytaxtı Bakıdadır.

Müğənninin Bakıda solo konsertini təşkil edən “Omnikomo Music Group”un PR və marketinq şöbəsinin müdiri Zaur Darabzadənin APA-ya verdiyi məlumata görə, bu gecə saatlarında öz komandası ilə Bakıya təşrif buyuran Cennifer Lopez hazırda istirahət edir. Səfər çərçivəsində müğənninin şəhərimizlə tanışlığı və gəzintiyə çıxması nəzərdə tutulur. O Bakı tamaşaçıları üçün eksklüziv şou hazırlayıb. Müğənni ilə birlikdə onun 60 nəfərlik komandası da Los-Ancelesdən Bakıya gəlib. Onu da xatırladaq ki, bir neçə gün əvvəl 500 nəfərlik işçi heyəti konsertin hazırlığı üçün şəhərimizə təşrif buyurub. Bu gün Cennifer Lopezin Bakı səhnəsində ilk məşqinin keçiriləcəyi gözlənilir.

Dünya şöhrətli müğənni sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda, sentyabrın 23-də isə “Baku Crystal Hall”da çıxış edəcək.

 





21.09.2012    çap et  çap et