525.Az

Bu il 10-dan artıq şəxs XİN-in icazəsi ilə işğal olunmuş ərazilərə səfər edib


 

Bu il 10-dan artıq şəxs XİN-in icazəsi ilə işğal olunmuş ərazilərə səfər edib<b style="color:red"></b>

2015-ci ildə 10-dan artıq şəxs adının "qara siyahı"dan çıxarılması üçün Xarici İşlər Nazirliyinə müraciət edib.

Dailykarabakh saytının araşdırmasına görə, XİN bu müraciətlərin hamısına müsbət cavab verib.

2015-ci ildə, eyni zamanda 10-dan artıq insan XİN-in rəsmi icazəsi ilə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.

Araşdırmalar zamanı məlum olub ki, 2015-ci ildə ötən illərdə olduğu kimi Azərbaycanın işğal altında olan ərazilərə səfər edən xarici vətəndaşların böyük əksəriyyəti ya aldadılıb, ya da erməni lobbilərinin təsiri altında bunu həyata keçirib.

Hazırda XİN-in "qara siyahı"sında 50-yə yaxın ölkədən 509 nəfər var.

Xarici İşlər Nazirliyinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısına Minsk qrupunun həmsədr ölkələri və inkişaf etmiş Avropa dövlətləri başçılıq edir. Artım tendensiyası Almaniyaya məxsusdur.

 





29.12.2015    çap et  çap et