525.Az

Bakıda qadına hücum edən 3 kişi tutuldu


 

Bakıda qadına hücum edən 3 kişi tutuldu<b style="color:red"></b>

Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, paytaxt şəhər sakini Kəmalə İsgəndərova ötən il Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə etdiyi müraciətdə belə yazıb. Qadın ərizəsində göstərib ki, 2012-ci ilin dekabr ayının 20-də 3 naməlum şəxs ona qarşı zor tətbiq edərək, içərisində 73 manat pul, 2 ədəd mobil telefon və digər əşyaları olan çantasını alıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətmiş Bərdə rayon sakinləri Əlvan Quliyev, Ruslan Məmmədov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Dostuyev tutulub.

 





22.01.2013    çap et  çap et