525.Az

“Gültəkin Hacıbəyli prezidentliyə namizəd olmaq istəyirsə,.."


 

“Gültəkin Hacıbəyli prezidentliyə namizəd olmaq istəyirsə,.."<b style="color:red"></b>

“Sabiq millət vəkili Gültəkin Hacıbəyli elmi, tənqidi məqalə yazmaq, siyasi mövqeyini ortaya qoymaq, prezidentliyə namizəd olmaq istəyirsə bunu açıq-aydın şəkildə bəyan etməlidir”.
 
525.az-ın məlumatına görə, bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ziyalılar Forumunun üzvü, eks millət vəkili Gültəkin Hacıbəylinin son günlər sərgilədiyi mövqeyə münasibətini bildirərkən dilə gətirib. “Biz sadəcə, həmin insanla siyasi mübarizə aparırıq”-deyən YAP rəsminin bildirdiyinə görə, G.Hacıbəylinin siyasi müstəvidə deyəcəklərinə qarşılıq yetəricə arqumentləri var.

 “Mən insanların şəxsiyyəti ilə bağlı deyil, əksinə, siyasi müstəvidəki mövqeyi ilə bağlı fikirlərin tərəfdarıyam. Biz hər zaman açıq mükaliməyə hazırıq. Döyüş meydanımız isə seçkilər zamanı onlarla üz-üzə gələcəyimiz televiziya, media, dialoq məkanları olacaq. Gəlsinlər görək kim güclüdür...”- deyə,o, mətbuata açıqlamasında daha sonra bildirib.

KAMİL

 





22.01.2013    çap et  çap et