525.Az

Nalbandyan Ermənistan-Azərbaycan sərhədində


 

Nalbandyan Ermənistan-Azərbaycan sərhədində <b style="color:red"></b> Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Ermənistan-Azərbaycan sərhədində olub.
 
APA-nın “armtoday.info”ya istinadən verdiyi xəbərə görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, nazir cəbhə xəttində hərbi xidmətin gedişi və şəraitlə tanış olub.
 
Əsgərlərlə söhbət zamanı E. Nalbandyan Qarabağ münaqişəsinin tənzimlənməsi, digər ölkələrlə münasibət, Ermənistanın regional məsələlərə yanaşması kimi məsələlər barədə danışıb.
 





30.12.2015    çap et  çap et