525.Az

“Patriot” raketləri Ermənistan üçün təhdiddir”


 

“Türkiyənin “Patriot” raketlərinin əsas hədəfi Rusiyadır”.

“Patriot” raketləri Ermənistan üçün təhdiddir”<b style="color:red"></b>

Rusiya Hərbi Hava Qüvvələrinin keçmiş komandanı: “Türkiyənin Suriya sərhədinə yerləşdirəcəyi “Patriot” raketləri Ermənistan üçün təhdiddir”

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Anatoli Kornukov bildirb. Onun sözlərinə görə, “Patriot” raketləri Suriyadan gələn təhlükədən daha çox, Müstəqil Dövlətlər Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzv ölkələrini və Rusiyanı hədəfə alır.
 
Keçmiş komandan “Patriot” raketlərinin Suriya ilə sərhəddə yerləşdirilməsinin Ermənistanın təhlükəsizliyinə təhdid olduğunu da söyləyib:  “Sərhəd yaxınımızdadır. Azərbaycan Türkiyənin müttəfiqidir. Ermənistan təhdid altındadır”.
 
Qeyd edək ki, Türkiyə bir müddət əvvəl NATO-ya müraciət edərək Suriya ilə sərhəddə yerləşdirmək üçün “Patriot” raketlərini verməsini tələb edib. NATO buna razılığını verib. Artıq raketlər Almaniya və Niderlanddan olan mütəxəssislərlə yola salınıb.

 





22.01.2013    çap et  çap et