525.Az

Akif Nağı: “Leyla Yunus Azərbaycanın maraqlarına zidd addımlardan çəkinməlidir”


 

“DÖVLƏT TƏHLÜKƏSİZLİYİNƏ ZƏRBƏ VURAN BU HƏRƏKƏTİN XÜSUSİ XİDMƏT ORQANLARI TƏRƏFİNDƏN ARAŞDIRMASINI TƏLƏB EDİRİK”

Akif Nağı: “Leyla Yunus Azərbaycanın maraqlarına zidd addımlardan çəkinməlidir”<b style="color:red"></b>

AKİF NAĞI: “DÖVLƏT TƏHLÜKƏSİZLİYİNƏ ZƏRBƏ VURAN BU HƏRƏKƏTİN XÜSUSİ XİDMƏT ORQANLARI TƏRƏFİNDƏN ARAŞDIRMASINI TƏLƏB EDİRİK”

Böyük Britaniyanın Azərbaycandakı və Ermənistandakı səfirliklərinin dəstəyi ilə Ermənistanın “Region” araşdırma mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən yeni layihə həyata keçirilməyə başlayıb. Layihə çərçivəsində publicdialogues.info adlı sayt yaradılıb və fəaliyyət göstərir. Sayt fəaliyyətə başlayan kimi azərbaycanlı və erməni jurnalistlər “İrs” partiyasının sədri Raffi Ovannisyandan müsahibə alıblar. O, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib.

Raffi Ovannisyan Azərbaycan və Dağlıq Qarabağ arasında sərhədlərin demarkasından, mehriban qonşuluq münasibətlərindən söz açıb. Nə qədər qəribə olsa da, müsahibədə iştirak edən azərbaycanlı jurnalistlər Raffi Ovannisyana münaqişə ilə bağlı yox, məhz Ermənistandakı siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı suallar veriblər.

Artıq “İctimai dialoqlar” (www.publicdialogues.info) saytının İrəvanda və Bakıda təqdimatı keçirilib. Təəssüf ki, Böyük Britaniya, Fransa, Almaniya və bir sıra digər ölkələrin səfirləri və səfirlik əməkdaşları yanvarın 18-də keçirilən təqdimetmə mərasimində iştirak ediblər. Təqdimetmə zamanı iki qadın tədbirin keçirildiyi yerə daxil olaraq Leyla Yunusun ermənilərlə əməkdaşlığına kəskin etiraz ediblər, həmçinin tədbirə qatılan xarici ölkələrin səfirlərini tənqid ediblər. Həqiqətən də Leyla Yunus fəaliyyətinin bütün dövrlərində anti-milli, anti-Azərbaycan mövqeyi ilə tanınıb. O, həmişə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən ermənilərlə də işbirliyindən belə çəkinməyib. L.Yunus həmçinin AŞPA-da Azərbaycana müsbət münasibəti ilə seçilən deputatlara qarşı kampaniya həyata keçirir, onlara qarşı ağılasığmaz ittihamlar irəli sürür. L.Yunus Azərbaycanı müdafiə edən hər bir AŞPA deputatını hədəfə götürməklə ölkəmizi müdafiəsiz qoymaqda maraqlı olduğunu mətbuatda açıq şəkildə bəyan edir və bununla da onun erməni maraqlarına xidmət etdiyi açıq görünür. “Hüquq müdafiəçisi” adı ilə maskalanmış L.Yunus və ona yaxın olan ünsürlər Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edib. “Xidmətlərinin” müqabilində aldığı külli miqdarda vəsait hesabına, o, müxtəlif xarici ölkələrdə mülklər və başqa obyektlər əldə etməyə də nail olub. Bunlarla yanaşı L.Yunus və onun əri Arif Yunusun ermənilərlə qohumluğu haqqında çoxsaylı materiallar dərc olunub, faktlar açıqlanıb.   Cəmiyyət, ictimaiyyət nümayəndələri L.Yunus kimi anti-milli ünsürlərin bədəməlli fəaliyyətinə son qoyulmasını tələb etməli, onlara layiq olduğu münasibət göstərməlidir.

Məsələyə münasibətini açıqlayan politoloq Cümşüd Nuriyev bu saytı yaradanların ABŞ və İngiltrənin səfirlikləri olduğunu dilə gətirərək, bu dövlətlərin hər ikisinin Azərbaycanda iqtisadi maraqlarının olduğunu qeyd edib. O, hər iki ölkənin Azərbaycana təzyiq göstərmək üçün müxtəlif yollara əl atdığını bildirib: “Məhz hər iki ölkə Azərbaycandakı maraqlarını həyata keçirmək üçün Azərbayzana siyasi təzyiqlər göstərmək istəyirlər. Onlar qeyri-hökumət təşkilatları və sosial şəbəkələr vasitəsi ilə bunu edirlər. Bu məsələdə Leyla Yunusun rolunu anlamaq olar. Layihəyə Azərbaycan tərəfindən dəstək verən hüquq müdafiəçisi Leyla Yunus fəaliyyətinin bütün dövrlərində anti-milli, anti-Azərbaycan mövqeyi ilə tanınıb. Bu saytın fəaliyyəti birmənalı şəkildə ermənilərə xidmət deməkdir. Onsuz da ermənilər son zamanlar informasiya müharibəsini uduzmaq üzrədirlər. İndi buradakı gəlinlərinin əli ilə bunu önləməyə çalışdılar. Bilirsiniz ki, ermənilərin Azərbaycanda kifayət qədər tumanlı səfirləri var. Bu xanımlar da bu millətin çörəyini yeyirlər. Bu saytın yaranması növbəti bir təxribatdır”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ermənilərlə hər hansı bir əlaqənin qurulmasının yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, bu işbirliyinin dayandırılması üçün əllərindən gələni edəcəklər: “Biz Leyla Yunusun Ermənistan təşkilatı ilə əməkdaşlığına kəskin etirazımızı bildirmişik. Biz istəmirik ki, ermənilərə görə Azərbaycan cəmiyyətində hər hansı bir qarşıdurma yaransın. Çalışırıq ki, hamını düz yola qaytaraq və hər kəs dövlətçiliyə xidmət edən addımlar atsın. İstəmirik ki, kimsə ermənilərin sifarişini bu şəkildə yerinə yetirsin. Təəssüf ki, bəziləri bunu başa düşmür. Maraqlı və əfsus doğuran hal odur ki, Azərbaycan cəmiyyətində tanınan şəxsləri də ekspert kimi dəvət edərək bu proqrama cəlb ediblər. Rasim Musabəyov, Mehman Əliyev, Fuad Ağayev də bu sıradadır. Bu şəxslərin cəmiyyətdə müəyyən xidmətləri olub, lakin hazırda belə bir layihənin tərkibində yer almaq təəssüf doğurur. Ermənistanla əməkdaşlığa bəraət qazandırmaq istəyirlər. Guya Ermənistan haqqında birinci mənbədən məlumat alacaqlar. Bunlar hamısı cəfəngiyyatdır. Ermənistan təşkilatı ilə belə bir əməkdaşlıq yolverilməzdir. Yaxşı qrant verildiyi üçün müəyyən görüntü yaradıb, pul qazanırlar. Bizim birmənalı olaraq mövqeyimiz ondan ibarətdir ki, bu proqram dayandırılmalıdır”. L.Yunusla şəxsi münasibətlərinin bu məsələyə aidiyyatının olmadığını qeyd edən QAT sədri milli maraqlara zidd olan hər hansı bir addımın atılmasına qəti əleyhinə olduqlarını bildirib: “Burada milli maraqlardan söhbət gedir. Məhz milli maraqlara zidd olduğu üçün bu işbirliyi və sözügedən saytın fəaliyyəti dayandırılmalıdır. Fikirimcə, hüquq-mühafizə orqanları da bu cür “əməkdaşlıq” məsələləri ilə maraqlanmalıdır. Onlar araşdırmalıdırlar ki, bu münasibətlər nəyə xidmət edir. Bu bir faktdır ki, Leyla Yunusun həyat yoldaşı Arif Yunusun ermənilərlə sıx əlaqələri var. Onlar tez-tez bu ölkəyə gedib gəlirlər. Məhz hüquq-mühafizə orqanları bunun mahiyyətini araşdırmalıdır. Arif Yunusun anasının erməni olması qalsın bir yana, lakin onlar Azərbaycanın maraqlarına zidd olan addımlardan çəkinməlidirlər. Bu məsələlər xüsusi xidmət orqanları tərəfindən dərin şəkildə araşdırılmalıdır. Biz bunun dövlət təhlükəsizliyinə zərbə vuran bir hərəkət olduğunu bəyan edərək, xüsusi xidmət orqanlarından məsələni araşdırmasını tələb edirik”. Bu saytın fəaliyyətini dayandırmaq üçün yollar axtardıqlarını qeyd edən A.Nağı həmin saytın dağıdılması üçün hakkerlərə müraciət edib.

Aqil LƏTİFOV

 





22.01.2013    çap et  çap et