525.Az

Minsk Qrupunun həmsədrləri Xocalı aeroportuna ilk uçuşda iştiraka dair təklif almayıblar


 

Minsk Qrupunun həmsədrləri Xocalı aeroportuna ilk uçuşda iştiraka dair təklif almayıblar<b style="color:red"></b>

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistandan Xocalı aeroportuna ilk uçuşda iştirak etməyə dair təklif almayıblar.

 Bu barədə APA-ya ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Jak For açıqlama verib.
 
“Əksinə, Bakı və İrəvana son səfərimiz zamanı bəyan etdik ki, bu kimi addımlar regionda gərginliyi artıra bilər”, - deyə Jak For əlavə edib.
 
Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin nümayəndəsi David Balayan bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə Ermənistandan Xocalı aeroportuna ilk uçuşda sərnişin qismində iştirak etmək təklif edilib.

 





22.01.2013    çap et  çap et