525.Az

Apelyasiya Məhkəməsinin yeni möhtəşəm binasının fotosu


 

Apelyasiya Məhkəməsinin yeni möhtəşəm binasının <b style="color:red">fotosu</b> Bakı şəhərinin Səbail rayonu ərazisində Bakı Apelyasiya Məhkəməsi üçün yeni bina tikiləcək.

Lent.az-ın əldə etdiyi məlumata görə, yeni binanın Bayıl qəsəbəsi ilə Bibiheybət qəsəbəsi arasındakı boş ərazidə tikilməsi gözlənilir. Məhkəmənin yeni binası jurnalistlər üçün tikilmiş və bu il istifadəyə veriləcəyi gözlənilən 16 mərtəbəli bina ilə qonşuluqda yerləşəcək.
 
Bakı Apelyasiya Məhkəməsinin yeni binasında hakimlər, vəkillər, məhkəmə katibləri və b. üçün hər cür şərait yaradılacaq. Həmçinin təqsirləndirilən şəxslər üçün nəzərdə tutulmuş otaqlarda daha mütərəqqi şərait yaradılacaq.
 
Qeyd edək ki, artıq Bakı bulvarının Bibiheybət qəsəbəsinə doğru genişləndirilməsi planının icrasına başlanılıb. Məhkəmə binasının fasadı dəniz tərəfə, bulvara doğru olacaq.
 
Onu da qeyd edək ki, məhkəmənin hazırkı binası Yasamal rayonunda, Zahid Xəlilov küçəsi, 540-cı məhəllədə yerləşir.
 





22.01.2013    çap et  çap et