525.Az

“Mütərcim”in yeni sayı çıxıb


 

“Mütərcim”in yeni sayı çıxıb <b style="color:red"></b>

Bu yaxınlarda “Mütərcim” ədəbi, elmi tərcümə jurnalının növbəti sayı işıq üzü görüb. Dərginin “Bədii tərcümə” rubrikasında L.N.Tolstoy, F.M.Dostoyevski, S.Yesenin, U.S.Moem, A.Rünoske, V.Hüqo, E.Hüseynbəyli (ruscaya), XX əsr polyak poeziyasından seçmələr və dünya şeirindən çevirmələr yer alıb.

Jurnalın “Tərcümə məsələləri” bölməsində Etimad Başkeçidin “Əgər tərcüməçi hər addımı barəsində düşünsəydi” yazısı dərc edilib. Müəllif yazısında tərcüməşünaslığın müstəqil elm kimi qəbul edilib-edilməməsi barəsində  mülahizələrini qələmə alıb: “Düşünürəm ki, tərcüməçidən mümkün olmayan şeyləri tələb etməyə ehtiyac yoxdur. Əks halda iki dildən istifadə etməklə ərsəyə gələn kommunikasiyadan –tərcümə elminin obyektindən özümüzə məhrum edə bilərik”.

Bölmədə çap edilən digər bir məqalədə – N. Tağısoyun “Mütərcim strategiyasında adekvatlıq problemi”ndə Andrey Platonovun yaradıcılığından söhbət açılıb. Rubrikada həmçinin M.Tağıyeva “F.M.Dostoyevskinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi və tədqiqi”ni araşdırıb.

S.Babullaoğlunun “Kamal Abdullanın Minotavrsız labirinti, yaxud Borxeslə səsləşmələrlə”, A.Hacılının “Vəzir Muxtarın ölümü: müsəlman fanatizmi, yaxud erməni fitnəsi”, A.Mirzəyevanın “Şairin istiqlal arzusu”, A.Həsənqızının “Azərbaycan mühacirət folklorşünaslığının aktual problemləri”, R.Kamalın “Yaşar Qarayev əxlaqı” yazıları isə jurnalın “Tənqid və ədəbiyyatşünaslıq” bölümündə dərc edilib.

“Ədəbi əlaqələr” bölməsində polşalı şairlərin yaradıcılığından bəhs edilib.

T.Vəlixanlının “N.Y.Danilevskinin “Rusiya və Avropa” kitabı və avrasiyaçılıq ətrafında düşüncələr”i “Mütərcim”in “Avrasiyaçılıq” bölməsində yerləşdirilib.

Jurnalda həmçinin Sabir Mustafanın “Türk ömrü”-sonetlər çələngi poeziyasevərlərə təqdim olunub.

Könül Babayevanın şeirləri isə dərginin “Gənclərin yaradıcılığı” rubrikasında oxucuların ixtiyarına verilib.

Jurnalın “Rəylər” bölməsində T.Cəfərov, S.Sultanova və R.Kamalın müxtəlif mövzuları əhatə edən resenziyaları dərc olunub.

Ənənəvi “Yubiley” bölümündə T.Vəlixanlının müəllifi olduğu S.Səfər Kəlbixanlının və Rüstəm Kamalın 50 illik yubileylərilə bağlı “Zəhmətlə ucalan insan” və “Səmimiyyət, zəhmət və istedaddan doğmuş alim ömrü” məqalələri çap edilib.

Sevinc MÜRVƏTQIZI

 





23.01.2013    çap et  çap et