525.Az

Çində "Ceyms Bond"a senzura


 

Çində "Ceyms Bond"a senzura<b style="color:red"></b>

Ceyms Bond seriyasından olan "Skyfall" filmi Çində senzuraya məruz qalıb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Çindəki nümayişi əsnasında "Skyfall"ın bəzi səhnələri qayçılanıb, alt yazıların isə mənası dəyişdirilib.

Şanxayda çəkilən və bir fransız sui-qəsdçinin çinli bina mühafizəçisini öldürdüyü səhnə tamamilə kəsilib.

Çinin muxtariyyətlərindən biri olan və qumarxanaları ilə məşhur olan Makauda çəkilən bəzi səhnələrin çincə alt yazıları tamamilə fərqli yazılıb.

Filmin Çində nümayiş etidirilməsinin də qəsdən gecikdirildiyi bildirilir.

Çin rəsmiləri bir müddətdir yerli filmləri qorumaq məqsədilə beynəlxalq miqyasda çox baxılan filmlərin nümayişini gecikdirir. "Skyfall"a indiyə qədər dünyada 1 milyard 100 milyon insanın baxdığı bildirilir.

 





23.01.2013    çap et  çap et