525.Az

2012-ci ildə korrupsiya faktı ən çox təhsil sahəsində olub


 

2012-ci ildə korrupsiya faktı ən çox təhsil sahəsində olub<b style="color:red"></b>

2012-ci ildə korrupsiya faktı ən çox təhsil sahəsində olub.

Trend-in məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev çərşənbə günü ötən ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib ki, 2012-ci il ərzində İdarənin İstintaq şöbəsi tərəfindən istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilən 170 cinayət işinin çoxu - 32 iş özəl sektorda qurumlardakı qanunsuzluqlarla bağlıdır. Digər cinayət işlərindən 19-u təhsil, 13-ü bank və bank olmayan digər kredit təşkilatları, 10-u bələdiyyələrin vəzifəli şəxsləri, 8-i kənd təsərrüfatı, 7-si sosial müdafiə, 6-sı iqtisadi sahədə fəaliyyət, 6-sı yerli icra hakimiyyətlərinin rəhbər işçiləri, 5-i mədəniyyət və turizm, 4-ü səhiyyə, 3-ü polis və 3-ü prokurorluq, 2-si Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, 2-si Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, 2-si təbiəti mühafizə, 2-si Azərenerji, 2-si mənzil-kommunal sahəsi, 2-si əmlak məsələləri, 1-i nəqliyyat və digər sahələrlə bağlıdır.

 





23.01.2013    çap et  çap et